Polis rəisi işdən çıxarıldı – TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev tutduğu vəzifədən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

COP29