Polis saxladı, üzərindən tapança çıxdı – Bakıda

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, bölmə əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Masallı rayon sakini Emin Sadıqov şübhəli şəxs qismində Atatürk prospektində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman Belçika istehsalı olan atəşə yararlı “Browning” markalı tapança və həmin silaha məxsus üç patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

E.Sadıqov barəsində 16-cı polis bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

COP29