!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Polis və FHN əməkdaşlarının maaşı azı iki dəfə artırılmalıdır" - Qüdrət Həsənquliyev

!Reklam – Yazi

Millət vəkili polis və FHN əməkdaşlarının maaşlarının azlığından gileylənib.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Kordinatorun hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, ictimai asayişin keşiyində duran polis əməkdaşların maaşı çox aşağıdır: “Milli Kordinator hesabatını müsbət qiymətləndirirəm. Ancaq mən başqa bir məsələyə toxunmaq istəyirəm. Bu da polis əməkdaşlarının maaşı ilə bağlıdır. Təsəvvür edin ki, hamımız istirahət edəndə polislər gücləndirilmiş iş rejimində çalışırlar. Ancaq bu gün həyatını riskə atan cinayət-axtarış zabitinin maaşı 525 manatdır. Siravi polislərin maaşı isə daha aşağıdır. Hesab edirəm ki, heç olmasa onların maaşı azı iki dəfə artırılmalıdır. Bu dediklərim həm də FHN əməkdaşlarına aiddir. Bildiyim qədər FHN əməkdaşların orta aylıq maaşı 350 manatdır. Bu maaşla necə yaşamaq olar? Təklif edirəm ki, polislərlə yanaşı, onların da maaşı azı iki dəfə artırılsın”.

Araz Zeynalov

www.yenicag.az

10237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv