Polis zabiti restoranda öldü – BAKIDA

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R. Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az