Polisdə ölən gənc dəfn olundu

106975_res_01Avqustun 20-də Mingəçevir polis idarəsində intihar etdiyi bildirilən 27 yaşlı Bəhruz Hacıyev dəfn olunub.

Mərhumun valideynləri isə övladlarının polis idarəsində işgəncə ilə öldürüldüyünü iddia edir. Hüquq-mühafizə orqanlarından oğlanlarının qatillərini tapmağı tələb edir.

Bəhruz Hacıyevin bədənində «dubinka» və elektroşok izləri olub.