!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisdən ƏMƏLİYYAT - SAXLANILANLAR VAR

!Reklam – Yazi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən 520 qram marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv