Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Polisdən şifahi xəbərdarlıq alan partiya sədrindən AÇIQLAMA

Reklam: Sinerji Pro

AĞ Partiya sədri Tural Abbaslı dünən Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Yenicag.az-a açıqlamasında Tural Abbaslı bildirib ki, onu Qarabağ Komitəsindəki razılaşdırılmamış aksiyalar keçirməklə bağlı çıxışına görə BŞBPİ-yə dəvət ediblər.

Tural Abbaslının sözlərinə görə, həmin çıxışdan sonra BŞBPİ-nin Cinayət Axtarış idarəsindən ona zəng ediblər:

“Məni BŞBPİ-yə çağırdılar. İdarənin birinci müavini Elxan Həsənov qəbul etdi. Orada çıxışımın stenoqramını və videodan “screen” çıxarmışdılar. Mənə bildirdilər ki, insanları qanunsuz mitinqə səsləmişəm. Zənlərincə, proflaktik söhbət edib və bunun qanunsuz hərəkət olduğunu xatırlatmağa çalışırdırlar”.

AĞ Partiya sədri deyib ki, orada da bu dəvətin qanunsuz olduğunu qeyd etdim:

“Siyasi partiyanın rəhbəriyəm. Xalqa çağırış etmək mənim hüququmdur. Bunu heç kim məndən ala bilməz. Ümumiyyətlə, qanunsuz aksiya anlayışı yoxdur. Razılaşdırılmış, razılaşdırılmamış anlayışı var. O da interaktiv deyil. Xəbərdarlıq edib, qadağan edilmiş yerlərdən kənarda, istədiyimiz yerdə aksiya edə bilərik kimi fikirlərimi bildirdim. Bu çağırışı siyasi proseslərə müdaxilə kimi dəyərləndirdim. Özlərinə də bildirdim ki, polis siyasi proseslərə qarışmamalıdır. Əgər mənim çıxışımda cinayət tərkibi varsa, bununla bağlı prokurorluq cinayət işi açsın, məsuliyyətə cəlb etsin. Onlar da bizə bildirdi ki, “bu, bizim şifahi xəbərdarlığımızdır”.

Qarabağ Komitəsindən bir neçə nəfərin razılaşdırılmamış aksiyalara etiraz edərək çıxmasına gəldikdə isə Tural Abbaslı bunları deyib:

“Qarabağ Komitəsi könüllü birlikdir. Oraya toplaşanlar istədiyi vaxt ayrıla bilər. İstefalara normal, demokratik proseslərin tərkib hissəsi kimi baxıram. Qətiyyən bunu parçalanma, bölünmə, ümumi proseslərə xəyanət kimi qiymətləndirmirəm. Əsas odur ki, hər kəs Qarabağın azadlığını istəyir və bu yolda hərəkət edir. Düşünürəm ki, bu kiçik anlaşılmazlıqlar zamanla qaydasına düşəcək. Ümumiyyələ, bu məsələnin mətbuatda, ictimai-siyasi həyatda qabardılmasının tərəfdarı deyiləm”.

İsgəndər Həmidovun Komitədən istefa verərkən Azərbaycan Xalq Hərəkatının (AXH) tərkibində Qarabağ Komitəsi yaradacağını bəyan etməsinə isə həm Qarabağ Komitəsinin, həm də AXH-nin İdarə Heyətinin üzvü olan Tural Abbaslı belə münasibət bildirib:

“AXH-nin tərkibində Qarabağ Komitəsinə alternativ bir qurumun yaradılmasının əleyhinəyəm. Əgər bu məsələ AXH-nin iclasında gündəmə gələcəksə, əleyhinə səs verəcəm. Düşünürəm ki, Qarabağ Komitəsi sırf Qarabağla məşğul olan qurum kimi fəaliyyət göstərsə, daha yaxşı olar. AXH kimi siyasi birliyin tərkibində Qarabağ Komitəsinin olması doğru olmaz. Hər bir qurumun tərkibində Qarabağla bağlı komissiyanın olması təbiidir. Ancaq məhz Qarabağ Komitəsinə alternativ nəyinsə yaradılmasının, bu istiqamətdə işlərin görülməsinin əleyhinəyəm və əleyhinə də olacam. İnanmıram ki, AXH-nin tərkibində Qarabağ Komitəsinə alternativ qurum yaradılsın. Ümid edirəm ki, bu məsələ müzakirəyə çıxarılmayacaq. Olacaqsa da, hər iki qurumun İdarə Heyətinin üzvi kimi bunun əleyhinə çıxış edəcəm”.

Qarabağ Komitəsində razılaşdırılmamış aksiyaların keçirilməsinin müzakirəsinə gəldiksə isə AĞ Partiya sədri qeyd edib ki, bu, ümumi qərarla olacaq:

“Qərarlar səsvermə ilə alınır. Səsvermənin nəticəsi necə olacaqsa, hamı ona tabe olmalıdır. Düzdür, razılaşdırılmamış aksiyalardan sonra həbslər olur. Bu isə ümumi prosesin gedişatına ziyan verir. Müzakirənin əleyhinə deyiləm, ancaq yekunda ümumi qərara tabe olunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

2997
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM