Polisə atəş açan 3 silahlı öldürüldü

140185_res_01Dağıstanın Qızılyurd rayonunda polis əməkdaşlarına avtomobildə hərəkətdə olarkən atəş açan üç naməlum şəxs məhv edilib.

Bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Saat 21 radələrində “Qafqaz” federal avtomobil yolunun Qızılyurd rayonu Stalsk kəndi ərazisindən keçən hissəsində əməliyyat-axtarış tədbirləri keçirilən zaman “VAZ 2114” markalı avtomobildə olan naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə üç cinayətkar öldürülüb”, – deyə məlumatda bildirilir.

İnsident zamanı polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.