!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisə müqavimət göstərən şəxs saxlanıldı

!Reklam – Yazi

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb.

Yenicag.az DİN-in saytına istinadən xəbər verir ki, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılıb, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır

www.yenicag.az

1341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv