!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Polisə müraciət etsəm də, nəticə yoxdur”

!Reklam – Yazi

“Bir neçə görüşdən sonra onun əqli qüsurunun olduğunu hiss etdim və məni bir daha narahat etməməsini xahiş etdim”.

Yenicag.az-a müraciət edən Bakı sakini Fərid Orucov məktəbdə ibtidai sinif müəllimi işləyən C. Valehovanın (ad şərtidir)  onun həyatını cəhənnəmə döndərdiyini deyib.

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından sonra orta təhsil müəssisələrində hökm sürən vəziyyətlə bağlı müzakirələrin səngimədiyi bir vaxtda daha bir pedaqoqla bağlı qalmaqal yetişib.

Redaksiyamıza üz tutan Bakı sakini Fərid Orucov bir müddət əvvəl tanış olduğu, daha sonra isə aşağıda qeyd etdiyi səbəbə görə münasibətlərinə son qoyduğu C. Valehova ona qarşı anormal davranışlarının artıq dözülməz həddə çatdığını bildirib.

Məsələ ilə bağlı danışan Orucov bunları deyir:

“Bizim tanışlığımız 2008-ci ildə sosial şəbəkələrdən birində oldu. Əvvəlcə onun psixoloji sağlam biri olduğunu düşünürdüm. Bir neçə görüşdən sonra onun əqli qüsurunun olduğunu hiss etdim və məni bir daha narahat etməməsini xahiş etdim. Buna baxmayaraq, o, məndən əl çəkmədi, bununla kifayətlənməyərək ailə üzvlərimi, dostlarımı zəngləri ilə bezdirməyə başladı. İlk tanışlığımızdan 11 il keçməsinə, onunla münasibətlərimə hələ o vaxtdan son qoymağıma baxmayaraq məni və ətrafımı bu gün də narahat edir”.

Fərid onu narahat edən C.V-nin əməllərindən rəsmi qaydada polisə dəfələrlə müraciət etsə də, heç bir ciddi nəticə əldə edilməyib:
“İlk vaxtlarda dayanmadan, gecə-gündüz məni və yaxınlarımı telefon zəngləri ilə bezdirirdi. Dəstəyi hər dəfə qaldırdığımda sizə təqdim etdiyim səs yazısında da olduğu kimi, insan məntiqinə sığmayan söhbətlər edirdi. Ona bu əməlindən əl çəkməsi, ailə üzvlərinə isə qızlarını müalicə etdirmələri üçün dəfələrlə xəbərdarlıq etmişəm. Atası da qızının ciddi psixoloji problemlərinin olmasından xəbərdardır. Hətta bir dəfə atası onunla həkimə aparacağı barədə söhbət etdikdə, qız evdən qaçıb, atası da bu barədə polisə müraciət edib”.

 

www.yenicag.az

4781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv