Polisi hərəkətə keçirən “Qadınları zorlayaq” VİDEOSU – +18

Sosial şəbəkələrdə “Pantural” ləqəbi ilə tanınan bloger “qadınları zorlayın!” deyə çağırış edib.

O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Oxu.az-a bildirib ki, artıq həmin blogerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.