Polisi öldürən “PORSCHE”-nin sahibi “BİNƏ KƏBİRƏ”-nin bacısı oğludur – ÖZƏL + FOTOLAR – YENİLƏNİB

Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Yenicag.az-ın araşdırmasına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın bacısı oğludur.

1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.

Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.

Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallıdır.

***

Xəbər saytımızda yayımlandıqdan sonra Kəbirə Məmmədovanın həyat yoldaşı Mamed Hüseynov redaksiyamızla əlaqə saxlayıb. O, Rövşən Məmmədovun Kəbirə xanımla heç bir qohumluq əlaqəsi olmadığını bildirib.

Son anda Yenicag.Az-ın əldə etdiyi məlumata görə Rövşən Məmmədov Kəbirə Məmmədovanın həqiqətən də bacısı oğludur.

Rövşən Məmmədovun və onun gənc yaşda dünyasını dəyişən oğlunun fotolarını təqdim edirik:

Emin Səfərov
Yenicag.az