!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisi yaralayana hökm oxundu – 12 il həbs

!Reklam – Yazi

bicaqnozh-14657149256Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə xəsarət yetirməkdə təqsirləndirilən Yalçın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Cəfərov 12 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il martın 14-də Nəsimi rayonu, Moskva prospektində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd edərkən Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən yaxalanıb. Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə xəsarət yetirib.

Nəsimi RPİ 19-cu Polis Bölməsinə gətirilən Y.Cəfərovla bağlı aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstəməsi, eləcə də Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv