Kürdəmirdə sürücü polisin “saxla” əmrinə tabe olmayıb.
Yenicag,az xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü sürücü Abdurahmanov Taleh Fərid oğlu Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrinə tabe olmadığına görə saxlanılıb.
Belə ki, T.Abdurahmanov saxlanılarkən polisin göstərişinə tabe olmayıb.
Kürdəmir RPŞ əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətiriblər və İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə qəsdən tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddəsini rəhbər tutaraq barəsində Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib.