Qeyd edilib ki, Virus 46 yaşlı C.Floydun ölüm səbəblərindən biri kimi göstərilməyib.
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydda koronavirusa yoluxma faktı aşkarlanıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baş məhkəmə-tibb eksperti Endryu Beyker tərəfindən imzalanmış sənəddə qeyd edilib.
Sənədə əsasən, C.Floydun ölümündən bir müddət əvvəl verdiyi koronavirus analizi müsbət nəticə verib.
Hennepin dairəsinin məhkəmə-tibb ekspertizasının məlumatına görə, Floyd ürək-ağciyər şokundan (ürək dayanması və tənəffüsün kəsilməsi) həyatını itirib.
Mərhumun ailəsi tərəfindən təşkil olunan müstəqil ekspertlər isə ölümə boğulmanın səbəb olduğunu müəyyən ediblər.