Polisin “saxla” işarəsinə məhəl qoymayan sürücü saxlanıldı

Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, ”VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü,taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Rauf Əliyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmadığı məlum olub.

Həmçinin, R.Əliyevin hərəkətlərində narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.

R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.