Polislər gənc oğlanı əlil etdi – VİDEO

ABŞ-ın Miluoki şəhərində iki polis nəfəri silahsız, dinc insanı güllələyiblər.

Yenicag.az xəbər verir ki, 19 yaşlı qaradərili Cerri Smit Cunior anasına zəng vurmaq üçün mobil telefonu götürmək istəyəndə polislər ona atəş açıblar. Cerri ağır yaralanıb.

Smitin ailəsi polis əməkdaşlarını məhkəməyə veriblər. Ailənin vəkili Deniel Stormun dediyinə görə, Cerri Smit silahsız olub, saxlananda da əllərini qaldırıb: “Belə şəraitdə polislərin atəş açmalarının heç bir səbəbi və əsası yoxdur”.

Smitə atəş açmış polis əməkdaşları Melvin Finkli və Adam Ştal təhqiqat başa çatanadək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıblar.

Cerri Smit aldığı yaralardan əlil olub. Əlil arabasına məhkum olmuş gənc hüquqlarının qorunmasını tələb edir.

Avqustun 31-də baş vermiş hadisə ilə bağlı Miluoki polis idarəsi “ciddi araşdırma aparıldığını” bəyan edib./milli.az/

COP29