Yaşlı kişi ilə qadını saxlamağa cəhd edən polis əməkdaşları onlara qarşı fiziki güc tətbiq ediblər.
Yenicag.ru-nun məlumatına görə, Rusiyanın Moskvaətrafı vilayətindəki Mıtişi şəhərində baş verən polis zorakılığı bütün ölkədə hiddət doğurub.
Qeyd olunur ki, polislərin təqaüdçülərə qarşı vəhşiliyi Mıtişi vağzalında qeydə alınıb. Kadrlardan göründüyü kimi, yaşlı kişi dolanışığını təmin etmək üçün səyyar ticarətlə məşğuldur.
Ancaq Rusiya polisi hər zaman “sayıq”dır. Onlar öz həmkarlarının kinayəli gülüşləri altında “təhlükəli cani”ni mal yığdığı arabasına qoyaraq, aparırlar.
Yayılan bu videomaterial sosial şəbəkələrdə qəzəblə qarşılanıb və şərh yazanlar polis vəhşiliyini lənətləyiblər.