Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Polislər qəzaya düşdü - Ölənlər var

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, noyabrın 12-də saat 4 radələrində şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

 

 

www.yenicag.az

140
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100