Polislər şirə 20 dəfə atəş açdı

img1894783Çinin Anxoy əyalətində sirkdən qaçan şir faciə ilə üzləşib. Şirin axtarışına çıxan polislər, onu benzindoldurma məntəqələrindən birinin qarşısında güllələməyə məcbur olublar.

Hadisə sentyabrın 9-da axşam vaxtı baş verib.
Şir öz qəfəsindən qaçaraq magistral yola çıxıb və yük maşını tərəfindən vurularaq ağır yaralanıb. Bu barədə polisə yük maşınının sürücüsü xəbər verib.

Polis yaralı şiri benzindoldurma məntəqəsindəki kafenin yanında tapıb. Kafedə çoxlu insanlar nahar etdiyi üçün, şirin onlara hücum etmək təhlükəsi olub. Buna görədə polislər şiri güllələmək qərarına gəliblər.

Polislərdən biri bildirib ki, əgər şiri maşın vurmasaydı onda çox böyük faciələr ola bilərdi. Çünki, yaxınlıqda bir neçə yaşayış məntəqəsi yerləşir.

Şiri öldürmək üçün polislər ona 20 dəfə atəş açıblar(musavat).