!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polislərə arvadına xəyanət etmək qadağan olundu - YENİ QANUN

!Reklam – Yazi

Rusiyanın Krasnodar vilayətində yeni qanun qüvvəyə minir.

Yenicag.az rus mətbuatına istindən xəbər verir ki, polislərə “McDonald’s”a getmək, küçədə gülmək, avtobusda oturmaq və həyat yoldaşına xəyanət etmək qadağan olunur. Daxil İşlər Nazirliyinin regional baş komitəsinin rəhbərliyi tərəfindən verilən rəsmi təlimatın fotosunu “4chan” kanalı yayıb.

İyunun 1-dən etibarən qüvvəyə minəcək qərarın icra olunub-olunmamasına isə komendant patrulları nəzarət edəcək.

Hər hansı qanun pozuntusu aşkar edildikdə cəzası qovulmaq olacaq. Aralarında, həmçinin, uşaqlara cəza vermək, qısa ətək, şort, üzərində xarici dildə yazılar olan köynəklər geyinmək kimi də qadağaların olduğu qanun məzuniyyətdə olan polislərə də şamil olunacaq.

Qeyd edək ki, 2015-ci ildə rus polislərə xarici ölkələrə səfər etmək qadağan edilmişdi. Hüquqşunasların fikrincə qadağa qanunvericiliyə və konstitusiyaya ziddir.

 

 

www.yenicag.az

2386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv