!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polislərin gözü qarşısında alver! – “Qara bazar”da - VİDEO

!Reklam – Yazi

Son bir neçə gün ərzində Azərbaycanda 1,95 AZN-ə bərabər olan dollar kəskin eniş edərək hətta bəzi banklarda 1,51 AZN-ə qədər endi. Bu gözlənilməz qərar vətəndaşlar arasında da çaşqınlıq yaratdı. Hələ də dolların yenidən qalxacağı və ya bu tempdə qalacağı ilə bağlı iddialar var. Bu eniş dolların “qara bazar”ına da təsir etdi. Hətta valyuta alverçiləri banklardan daha sərfəli şərtlərlə dollar alıb-satmağa başladılar.

“Qafqazinfo” əməkdaşları bu gün paytaxtın “qara bazar”ının mərkəzi hesab olunan Dəmir Yol Vağzalının girişdən reportaj hazırlayıb.

Metronun çıxışından sol tərəfdə, yeni açılan ticarət mərkəzinin qarşısında 3 nəfər orta yaşlı kişi dayanıb, astaca, sakit səslə size rus pulu dəyişməyə çağırır. İki ay öncəki reportajımızdan fərqli olaraq indi dollar üüçün yo rus pulu üçün çağırırlar. Amma istəsəniz, təbii ki, dollar var və dəyişdirilir. İlk qarşımıza çıxan alverçi dolların alışını 1,72 AZN, satışını isə 1,74 AZN-dən təklif etdi. Onunla razılaşmayıb pilləkənlərlə yuxarı qalxdıq. Qalxarkən ən başda dayanıb əraziyə nəzarət edən polis əməkdaşı diqqətimizi çəkdi. Buna görə də artıq oradakı bazarın yığışdırıldığı qənaətinə gəldik. Amma pillələr bitdikdə vəziyyətin başqa cür olduğu aydın oldu. İki ay öncəkindən daha çox alverçi var idi, elə polis də çoxalmışdı.

Təxminən 30 metr məsafədə olan alverçilərin təklif etdiyi məzənnələr arasında xeyli fərq vardı. Burada dollar 1,70 AZN-dən alınır, 1,78 AZN-dən satılır. Biz də olmayan 100 dollarımızı milli pula çevirəcəyimizi bildirdik, bankların dolları baha aldığını, “başqa yerdə 1,75-dən istədilər” vermədiyimizi deyib bazarlığa getdik və ABŞ pulunu biraz da qaldırdıq. Amma sonda yenə də satmaqdan imtina etdik və yolumuza davam edərkən digər alverçi yaxınlaşıb “axtarma, 1,75-ə heç yerdə tapa bilməzsən” dedi.

Yaxın qonşumuz Rusiyanın valyutası isə çox da dəyişməyib, alverçilər dili ilə desək “28-dən ala bilərsiz”.

http://thesame.tv/video/9t154.4018060341bbfe79d1cd3efec6f6

 

Yeniçağ.az

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv