!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polislərlə hərbçilərə verilən kirayə pulu artırıldı - 3 dəfə

!Reklam – Yazi

Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında”, “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” və “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərarlarında dəyişikliklər edib.

Yenicag.az xəbər verir ki, “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib. Belə ki, qaydaların 1.1. ikinci abzasda “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilib. Üçüncü abzasda “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilib. Dördüncü abzasda “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilib. Bundan əlavə, aşağıdakı məzmunda üçüncü abzas əlavə edilib və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilib. Həmin bənddə “Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”m abzası əlavə edilib.

Eyni zamanda, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərarın ikinci abzasında “şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında” sözləri “150 manat” sözləri ilə əvəz edilib.

Üçüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 30 misli” sözləri “75 manat” sözləri ilə əvəz edilib.

Dördüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında” sözləri “55 manat” sözləri ilə əvəz edilib. Həmçinin qərara üçüncü abzas əlavə edilib və həmin bənddə “Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat” şəklində qeyd olunub.

“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci hissəsində isə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilib. 2.2-ci bənddə “33 ” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilib. 2.3-cü bənddə “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilib. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat” adlı yeni 2.1-1-ci bənd əlavə edilib.

“Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 1.1-ci bənddə “47,30” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilib. 1.2-ci bənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilib. 1.3-cü bənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilib. “Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri vəAbşeron rayonunda – 100 manat” adlı 1.1-1-ci bənd əlavə edilib.

“Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın 2-ci hissəsində 2.1.1-ci yarımbənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilib. 2.1.2-ci yarımbənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilib. 2.1.3-cü yarımbənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilib.

Qaydalara “Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat” şəklində isə 2.1.1-ci bənd əlavə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarları 2019-cu il martın 1-dən tətbiq edilir.

www.yenicag.az

11871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv