!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Politoloq Ramiz Alıyev namizədliyini geri götürdü

!Reklam – Yazi

aliyevramizPolitoloq Ramiz Alıyev deputatlığa namizəd olduğu 123 saylı Kəlbəcər seçki dairəsindən YAP-ın həmin dairədən vahid namizədi, hazırki deputat, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xeyrinə öz namizədliyin geri götürdüyünü bəyan etdi və öz seçicilərini Cavid Qurbanova səs verməyə çağırdı.

Bəyanatda deyilir: “Mən 123 Saylı Kəlbəcər seçki dairəsi üzrə bir çox görüşlərdə oldum və əhali ilə söhbətlər apardıq. Bütün görüşlərimdə bir daha ölkəmlə, dövlətimlə və cənab Prezidentim ilə fəxr etdim. Hər görüşdə seçicilərin dövlətimizi və cənab prezidentimizi dəstəklədiklərini və daima cənab Prezidentin ətarında sıx birləşib işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsində, ölkəmizin inkişafında, dövlətimizin müstəqilliyinin qorunmasında cənab Prezidentə və ona sadiq olan komandaya dəstək olacaqlarını bəyan etmələri məni çox sevindirdi. Seçiciler bildirdiler ki, biz hazırki deputatımız Cavid Qurbanovdan çox razıyıq və onun cənab Prezidentə sədaqətlə xidmət etməsini dəstəkləyirik.

Beləliklə mən özüm də, məni dəstəkləyən gənclər və seçicilərim də 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi, hazırki deputat Cavid Qurbanova dəstək oluruq və həmin dairənin seçicilərini bizimlə birlikdə Cavid Qrubanvova səs verməyə çağırırıq. ”

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv