!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Politoloq: “Türkiyə və İran arasında qarşıdurma pik həddə çatıb”

!Reklam – Yazi

turkiyeiran“Həqiqət ondan ibarətdir ki, uzun illər İranla Türkiyə arasında yol uğrunda mübarizə aparılıb”.

Bunu Yenicag.az-a danışarkən politoloq Fikrət Sadıqov bildirib. Politoloqun sözlərinə görə, hər iki tərəf bu mübarizəni açıq şəkildə aparıb:

“Bunun müəyyən məğzi və nəticələri də var idi. Amma son zamanlar vəziyyət müəyyən dərəcədə dəyişib. Türkiyədə islamçı partiyası hakimiyyətə gəldikdən sonra qarşıdurmanın dərəcəsi bir balaca azalıb.
Çünki tərəflər arasında açıq şəkildə mübarizə müşahidə olunmur”.

O qeyd edib ki, ziddiyyətlər var, amma bu, mübarizə fazasına çevrilmir:

Fikrət Sadıqov ile ilgili görsel sonucu“Yaddan çıxartmaq lazım deyil ki, həm Türkiyə, həm İran müxtəlif mövqelərdən çıxış edərək, Suriya ərazisində mübarizə aparır. Hər iki tərəf İŞİD-ə qarşı vuruşur, eyni zamanda da mövqeləri müxtəlifdir. İran Bəşər Əsədi müdafiə edir, Türkiyənin isə öz məqsədləri var. Hal-hazırda belə bir ciddi qarşıdurma müşahidə olunmur”.

Politoloq Arzu Nağıyev söyləyib ki, Türkiyə və İran arasında qarşıdurma pik həddə çatıb:

Arzu Nağıyev ile ilgili görsel sonucu“Təbii ki, hər iki dövlət arasında həm dini, həm hərbi, (yəni Türkiyə NATO-nun üzvüdür), həm də siyasi baxımdan bir sıra həllini gözləyən problemlər mövcuddur. İranı razı salmayan məqamlardam biri də Türkiyənin İsrail, Səudiyyə Ərəbistanı və Qətərlə münasibətləridir. Bundan başqa kürd problemi də, Suriya məsələsi də var”.

Məlumdur ki, İran bir çox məsələlərdə Rusiya ilə müttəfiqdir və bu gün Rusiya –Türkiyə münasibətlərinin müsbət inkişafı da qarşıdurmaları aradan qaldıra bilər:

““Nyu York Tayms” qəzetində dərc olunan analiz ola bilsin ki, ABŞ-ın marağındadır, çünki regionda baş verən münaqişələri daha da qabartmaq üçün belə təhlillər verilir. Bu gün istər Türkiyənin, istərsə də İranın öz daxili problemləri kifayət qədərdir. Zənnimcə, bu analiz heç də sona qədər ciddi deyil və həqiqəti tam şəkildə əks etdirmir və qızışdırıcı məqsəd də güdə bilər”.

Qeyd edək ki, “Nyu York Tayms” qəzetində dərc olunan analizdə qeyd olunub ki, İranla Türkiyə qarşıdurma həddinə çatsa, bu, Yaxın Şərqin gələcəyindən ötrü çox təhlükəli olar.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv