Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Politoloq yeni dəyişikliklərin proqnozunu verdi - VİDEO

Reklam: Sinerji Pro

“Dövlət idarəetməsində dəyişikliklərin mərhələli qaydada həyata keçirilməsi daha məqbuldur”.

Bu fikirləri siyasi təhlilçi Nəzakət Məmmədova Yenicag.az-ın Feysbuk  səhifəsində təşkil olunan canlı yayımında səsləndirib.

Nəzakət Məmmədova ötən şənbə günü təsdiqlənmiş Nazirlər Kabinetinin yeni tərkibinin optimal olduğunu bildirib:

“Gəlin, baxaq, seçkilərdən əvvəl hansı gözləntilər vardı?

Yüksək iş qabiliyyətin, yaxşı təhsilə və dünyagörüşünə malik, müasir dünyanın çağırışlarına cavab verə bilən gənc kadrların yüksək vəzifələrə təyin olunmaları gözlənilirdi. Bu gözləntilər müəyyən mənada öz təsdiqini tapdı.

Ümumiyyətlə, seçkilərdən sonra Kabinənin tərkibini birdən-birə yeniləmək çox radikal dəyişiklik olardı. Hətta cəmiyyətin özü də buna hazır deyildi.

Fikrimcə, dövlət idarəetməsində dəyişikliklərin mərhələli qaydada həyata keçirilməsi daha məqbuldur. Hər halda, yəqin ki, bu proses yəqin ki, davam edəcək”.

A.Zeynalov

www.yenicag.az

3202
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100