Politoloqun yeni kitabı çapdan çıxdı – Foto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlunun yeni kitabı çapdan çıxıb.

Yenicag.az xəbər verir ki, mərkəz rəhbərinin yeni kitabı dayısına həsr olunub:

“Dayım haqqında yazdığım “Xatirələrdə yaşayan insan” kitabını bu gün nəşriyyatdan götürdüm. Dayım vasitəsilə Şuşada vaxtilə kök salan nəslin – Hacısəfərlilərin və Rəştiyevlərin yaşam tarixinə ekskurs etdim. Üzərimdən böyük bir yük götürüldü”.

E.Şahinoğlu bu kitabla anasının və dayısının ruhlarını şad etdiyinə əmin olduğunu bildirib:

“Anamın və dayımın ruhlarının bu gün şad olmalarına əminəm. Çünki bu kitab və kitabdakı tarixi fotolar vasitəsilə ana tərəfdən olan nəslimin izlərinin itmədiyini və gələcək nəsillərə ötürülməsini təmin etdim. Kitabın son cümləsi də elə belədir: “Ey yeni nəsil, bu kitab Sənin üçündür! Oxu və keçmişin haqqında bilgili ol! Keçmişini bilməyən gələcəyini qura bilməz”.