!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Poliuretan yanır, ya yox – budur bütün məsələ

!Reklam – Yazi

170238_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmə prosesində cinayət işində olan sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Sənədlərdə hadisə zamanı dünyasını dəyişmiş şəxslərin tibbi ekspertizası ilə bağlı rəylər elan olunub. Miryusif Mahmudovun vəkilləri həkimlərin verdiyi ekspertiza rəylərində saxtakarlığa yol verildiyini məhkəməyə bildiriblər: “Mayın 19-da verilən tibbi ekspertiza rəyində mayın 27-də təyin olunmuş və 30 mart 2016-cı ildə verilmiş ekspertiza rəyinə istinad edilib. Bu nə dərəcədə doğrudur?”

Hakim bildirib ki, həkim iki saat ərzində ancaq meyitə baxış keçirib, digər hissələr isə həmin ekspertlər tərəfindən verilmiş arayışlara istinad olunub. Hakim əlavə edib ki, zərurət yaranarsa, tibbi ekspert rəyi vermiş həkim məhkəməyə çağırılıb dindiriləcək.

Vəkil İlhamə Həsənova deyib ki, bütün bu qanun pozuntuları onu göstərir ki, cinayət işinin xətti əvvəlcədən bəlli olub. Vəkilin sözlərinə görə, həkim rəy verərkən kimyəvi tədqiqatın nəticəsi bəlli olmayıb, amma ona istinad edib.

Bundan sonra Miryusif Mahmudov qısa çıxış edib. O da həkimin verdiyi rəyə etirazını bildirib: “Heç olmasa, bircə dəfə də olsa, insanlara göstərək ki, haqq var, ədalət var. Dünən hakimlərin nə qədər diqqətli olduqlarını gördüm. Hakim istintaqa verdiyim ifadəmi əzbərdən dedi. Bunun belə olduğunu bilməzdim, hakimin belə diqqətli olduğuna görə ona təşəkkürümü bildirirəm. Ömrüm boyu yaxşılıq etmişəm, yaxşı işlərlə məşğul olmuşam. İndi isə adım dönüb olub “Timur və onun komandası”ndakı kimi “Miryusif və onun komandası”. Miryusif nə edib? Heç nə. Ancaq biznes”.

Hakim isə cavabında “Bu zalda bəraət verdiyimiz adamlar da olub” deyib.

Vəkil İlhamə Həsənova bildirib ki, sağlamlığa xəsarət yetirilməsi ilə bağlı canlı şəxslər ekspertizaya təqdim olunmayıb: “Eksperti məhkəməyə çağırmaq lazımdır. Ekspert bildirsin ki, canlı şəxsi görmədən necə rəy verib”. Fərid Nağıyev isə əlavə edib ki, canlı şəxsin ekspertizaya təqdim olunması üçün əsas olmayıb.

Vəkil Cavid Rzazadə məhkəmənin diqqətinə çatdırıb ki, mərhum Yaşar Nəcəfzadənin ölümünün səbəbi kimi yalnız onun hündürlükdən yıxılması göstərilir, onun zəhərlənməsi ilə bağlı rəydə heç nə yoxdur: “Bu da onu göstərir ki, bu şəxs tüstüdən boğulmayıb ki, özünü atsın, kimsə onu atıb”.

İlhamə Həsənova deyib ki, bütün rəylərdə iradlar və nöqsanlar var: “İttihamda “Global Construction” MMC-nin binaların üzlənməsində səlahiyyəti olmadığı göstərilib. Amma işdə olan sənədlərdə sübut olunur ki, “Global Construction” MMC-nin binaların üzlənməsində səlahiyyəti olub”.

Bundan sonra hakim təhlükəsizlik tələbləri və sınaq protokolu üzrə sənədləri elan edib. Sənədlərdə qeyd olunub ki, poliuretan yanan materialdır, yanarkən zərərli maddələr ayrıla bilər.

Təqsirləndirilən Akif Əlibəyov isə yanma prosesi zamanı bütün məhsulların yandığını məhkəmənin diqqətinə çatdırıb. O, poliuretanın çətin yanan materiallara aid olduğunu deyib.

Digər təqsirləndirilən Ələkbər Əsgərova da qısa çıxış edərək poliuretan məhsullarının hamısının çətin yanan maddələrə xas olduğunu deyib.

Hakim bildirib ki, iş materallarında Bakı Şəhər Icra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun baş prokurorun müavini Rüstem Usubova ünvanladığı məktub var. Bildirilib ki, Hacıbala Abutalıbov binaların üzlənməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının “Global Construction” MMC ilə hər hansı müqavilə bağlamadığını məktubda qeyd edib.

Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv