Polkovnik Əliyev bədbəxt hadisə nəticəsində həlak oldu

Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Yenicag.az xəbər verir ki, faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Qeyd edək ki, o, son olaraq aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad olunması əməliyyatında iştirak edib. Polkovnik Əliyev Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.