!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polkovnikdən cavab var – Ohanyana

!Reklam – Yazi

ohanyanErmənistanın keçmiş müdafiə naziri, postunu tərk etdikdən sonra siyasi karyeraya başlayan Seyran Ohanyanın Azərbaycanla sülhdən danışması düşmən ölkədəki qorxunun təzahürü kimi qiymətləndirilir.

Yeniçağ.Az xəbər verir ki, siyasətçi obrazında ilk geniş açıqlama ilə çıxış edən Seyran Ohanyan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasının vacibliyindın danışıb:

“Mən inanıram ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll edilə bilər, bu, mümkündür. Biz Azərbaycanla qarşılıqlı razılığa gələ bilərik və bu istiqamətdə işləməliyik”. Göründüyü kimi, müdafiə naziri olduğu dövrdə Azərbaycan əleyhinə ara-sıra populist bəyanatlar səsləndirən, Ermənistanın “qüdrətindən” danışan Ohanyan artıq siyasətçi qismində sülhün vacibliyini dilə gətirir. Keçmiş nazirin bu yanaşması nədən qaynaqlanır?

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov bununla bağlı Yeniçağ.Az-a bildirib ki, Ohanyanın indi sülhdən danışması Ermənistandakı qorxu psixologiyasının təzahürüdür:

“Ohanyanın həmin fikirləri ilə mən də tanışam. Açığı, vaxtilə əlində silah Azərbaycan ərazilərinin işğalında iştirak etmiş bu adamın indi sülhdən danışmasına təəccüblənmədim. Onun bu fikirləri böhranın getdikcə dərinləşdiyi Ermənistanın indiki vəziyyətindən irəli gəlir. Şair Ramaldanov ile ilgili görsel sonucuYəni işğalçı ölkənin iqtisadiyyatı çökür, siyasi gərginlik var və ən əsası, əhali erməni gənclərin Qarabağda həlak olmalarına daha kəskin formada etiraz edir, bunu istəmir. Doğrudur, onlar bu barədə ucadan danışmırlar, ancaq əksəriyyət bu düşüncədədir. Ohanyan da həm Azərbaycanın, həm Ermənistanın göz önündə olan vəziyyətini görüb sülhdən danışmalı olur. Ancaq onun nəzərdə tutduğu sülhün şərtləri nədən ibarətdir, bu, məlum deyil. Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın işğal edilmiş əraziləri qeyd-şərtsiz azad olunmalıdır. Ohanyan bu barədə düşündüyünü dilə gətirmir.

Ancaq Ohanyan nazir olduğu vaxt – “Aprel döyüşləri” zamanı Azərbaycan silahının və əsgərinin gücünü növbəti dəfə görüb. Azərbaycanın öz hərbi arsenalını ən müasir silahlarla zənginləşdirməsinin nə demək olduğunu, nəyə hesablandığını Ohanyan da yaxşı bilir. Ona məlumdur ki, müharibə labüd olacaqsa, o zaman Azərbaycanın qarşısında dayana bilməyəcəklər. Bu baxımdan, onun sülhdən danışması təəccüblü deyil. Bununla belə, ermənilərin sözünü olduğu kimi qəbul edib, onların ipinin üstünə odun yığmamalıyıq. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Əks olda bu işi Azərbaycan Ordusu görəcək”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv