Polkovniki öldürən 2 azərbaycanlıya ömürlük həbs verildi

Rusiyada Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərini öldürməkdə ittiham olunan Azərbaycan və Tacikistan vətəndaşlarına hökm oxunub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Samara məhkəməsinin qərarına əsasən, Azərbaycan vətəndaşları Məhəmməd Əhmədov və Roman Fətəliyev ömürlük, – Babayev İslam Arzu oğlu 25 il, Tacikistan vətəndaşı Zöhrabov Orxan Şirəli oğlu isə 26 il həbs cəzası alıb.

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla, 6 nəfərin meyidi tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Yeniçağ.az