Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"“Polonez-2” Azərbaycana regionda hərbi balansı qorumağa imkan verəcək" - Belaruslu ekspert

Reklam: Sinerji Pro

“Bu, Cənubi Qafqazda davam edən regional miqyaslı sürətlə silahlanmanın davamıdır”.

Yenicag.ru-nun məlumatına görə, Rusiyanın “Kommersant” qəzeti Belarusun 2018-ci ildə 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sisteminin ixracı üzrə müqavilə öhdəliyinin icrasına başlayacaq.

Nəşr “Polonez” sistemlərinin sifarişçisi qismində Azərbaycanı göstərir. Qeyd olunur ki, Azərbaycanın müdafiə naziri artıq Belarusa səfər edib və “Polonez”in istehsal texnologiyası ilə tanış olub.

“Kommersant”ın istinad etdiyi mənbənin sözlərinə görə, Belarus və Azərbaycan arasında imzalanmış bu müqavilə “İsgəndər” operativ-taktiki raket sistemlərinə malik Ermənistanda neqativ qarşılanacaq.

Qeyd olunur ki, Belarusun Müdafiə Nazirliyinə yaxın mənbələr isə “Polonez”lərin artıq bu il Azərbaycana göndəriləcəyini bildiriblər. Məlumata əsasən, sözügedən müqaviləyə 10 ədəd reaktiv yaylım atəşi sistemi (raketlər, nəqliyyat-körükləyici maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və sair) daxildir.

Bildirilir ki, müqavilə çərçivəsində hüquqi sənədləşmə işləri artıq son mərhələdədir, “sifarişçi də öz növbəsində maliyyə məsələsinin həllini yekunlaşdırmaq üzrədir”.

Maraqlıdır ki, Belarus Xarici İşlər Nazirliyi bu məsələni “Kommersant”a şərh etmək istəməyiblər.

Mövzunu Yenicag.ru-ya şərh edən beraruslu ekspert Yuri Şevtsov bildirib ki, haqqında danışılan müqavilədə söhbət “İsgəndər” raket sistemlərinin tam ekvivalenti olan “Polonez-2” sistemlərindən gedir:

“Polonez-2” “Smerç” sistemlərinə bənzəyən, ancaq ondan daha təkmildir. Prinsip etibarilə, “Polonez”də “İsgəndər”in malik olduğu əksər funksiyalar var. Lakin “İsgəndər” daha təkmil sistem hesab olunur. Məsələn, “Polonez”in uçuş məsafəsi 299 kilometr olduğu halda, “İsgəndər”də bu göstərici 480 kilometrdir. Onların əsas fərqlərindən biri məhz budur.

Azərbaycanın “Polonez-2” sistemlərini alması Ermənistandakı “İsgəndər”lərlə balans yaratmaq cəhdidir. “Polonez” sistemlərinin alınması müharibə hazırlığı kimi qiymətləndirilməməlidir. Bu, Cənubi Qafqazda davam edən regional miqyaslı sürətlə silahlanmanın davamıdır”.

www.yenicag.az

1126
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100