Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəliyinin bağlanması ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qərarın səbəbi açıqlanmır.

Missiyanın vəzifələrini Polşanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəliyi tərəfindən yerinə yetiriləcək.

Qeyd edək ki, Polşa 1973-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransın (hazırkı ATƏT) ilk iclasında iştirak edən ölkələrdən biridir. Respublika təşkilata sonuncu dəfə 2022-ci ildə sədrlik edib. ATƏT-in strukturlarından birinin – Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərargahı Varşavada yerləşir.

COP29