Polşa “gürcü bandaları”nın deportasiyasına başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial media paylaşımında qeyd edib.
O, Polşa hökumətinin “gürcü bandalarını effektiv şəkildə aradan qaldırdığını” qeyd edib.
Xatırladaq ki, ötən ay Polşa hökuməti qanunları pozan Gürcüstan vətəndaşlarının martın əvvəlindən etibarən deportasiyasına başlanacağını bəyan edib.
Polşa hökuməti həmin şəxsləri “qanunları pozaraq Polşada yaşamağın yollarını tapmış cinayətkarlar” olaraq xarakterizə edib.