Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb.
Yenicag.az xəbər verir ki, bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa – Meksika matçında qeydə alınıb.
Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.
Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub. R.Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski penaltini qaçırıb.