Polşa NATO-ya müraciət etməyəcək

Polşa hakimiyyəti raket partlayışı ilə bağlı insidentdən sonra təhlükə yaranacağı təqdirdə məsləhətləşmələrin keçirilməsi ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə istinad etməmək qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə günü Polşa televiziyasının efirində bu ölkənin Baş naziri Mateuş Moravetski bildirib.

“Biz, əslində, bu məsləhətləşmələri keçiririk. Amma doğrudan da, Vaşinqtonun müdafiə müqaviləsi çərçivəsində 4-cü maddə var ki, o, iştirakçılara təhlükə yaranarsa, məsləhətləşmələr aparmağa borcludur. Prezidentlə birlikdə, Milli Təhlükəsizlik Komitəsində dünən axşam saatlarında qərara gəldik ki, biz 4-cü maddədən istifadə üçün ilkin şərtləri yoxlayaq. Əgər belə olsa, o zaman səfirimizin bundan istifadə etmək imkanı olacaq”.

“Amma hadisələrin inkişafı və gecə saatlarında alınan məlumatlar bizi belə qənaətə gətirdi ki, bu, Polşaya qəsdən edilmiş hücum deyil. Hazırda əldə etdiyimiz məlumata görə, Polşa ərazisinə hücum planı olmayıb. Ona görə də 4-cü maddədən istifadə etmədik, amma onu hazır saxladıq”, – Moraveski deyib./Report/