“Polşa üçün nüvə silahı və nüvə dövləti statusu əldə etmək olduqca mümkündür, belə bir vəzifə yaxın illərdə Varşava tərəfindən qoyula bilər”.
Yenicag.az xəbər verir ki, bu barədə RFM24 radiosunda istefada olan polşalı general Yaroslav Krasevski deyib.
“Hesab edirəm ki, bu ssenari olduqca realdır. Nüvə imkanlarına malik olanların təhlükəsizliyi çox yüksək səviyyədədir. Tipik olaraq, belə ölkələrə hücum edilmir və lokal böhrana səbəb olan hər hansı bir hərəkətin mümkünlüyü belə nəzərə alınmır. Ona görə də belə bir arsenala sahib olmağı qarşıdakı illərin vəzifəsi hesab edirəm”, – deyə general bildirib./unikal