Polşa Prezidentinin barmağı kəsildi

Polşa Prezidenti Anjey Duda evində baş verən qəza nəticəsində sağ əlindəki barmağının bir hissəsini itirib.

Yenicag.az xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı məlumat yayıb.

“Kiçik tibbi prosedura ehtiyac var idi”, – prezident kanslerinin katibi Wojciech Kolarski bildirib.

Qeyd edək ki, hadisə oktyabrın əvvəlində baş verib. Belə ki, Anjey Duda Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdə sağ əlində korsetlə görünüb. Dövlət başçısının başına nə gəldiyi məlum deyildi./Qafqazinfo/

COP29