Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Polşa qaçqınları qəbul etməkdən boyun qaçırır

Polşa hökuməti qaçqınları qəbul etməyəcək. Bunu mayın 16-da Varşavada keçirdiyi mətbuat konfransında Baş nazir Beata Şidlo bəyan edib.

Yeniçağ.Az xəbər verir ki, Polşa Avropa İttifaqının müəyyənləşdirdiyi kvota çərçivəsində qaçqınları qəbul etməkdən boyun qaçırıb. Bir müddət əvvəl Aİ-nin miqrasiya siyasətini tənqid edən Şidlo bildirib ki, Vışeqrad dördlüyü (Polşa, Slovakiya, Macarıstan və Çexiya) qaçqınların qəbulu məsələsində şantajla razılaşmayacaq.

Son sosioloji sorğulara əsasən, Polşa əhalisinin təxminən dörddə üçü qaçqınların qəbulunun əleyhinədir. Baş nazirin sözlərinə görə, hazırda Polşanın buna imkanı yoxdur və hökumət bu mövqedən çıxış edir.

Bu ərəfədə miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə avrokomissar Dimitris Avramopulos bəyan edib ki, Polşa və Macarıstan bir ay ərzində İtaliya və Yunanıstanda olan qaçqınları qəbul etməyə başlamasalar, Avropa Komissiyası iyun ayında onlara sanksiyalar tətbiq edə bilər. “Mən öz ərazilərində müdafiəyə ehtiyacı olan bir nəfər belə yerləşdirməyən Polşa və Macarıstanı dərhal bunu etməyə çağırıram”, – Avramopulos Strasburqda jurnalistlərə belə deyib. (AzərTac)

Yeniçağ.Az

www.yenicag.az

517
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100