Polşa qanadlı raketlərin tədarükünə dair ABŞ-la razılığa gəlib

agevPolşa ASSM-ER tipli qanadlı raketlərin ölkəyə tədarükünə dair ABŞ-la saziş imzalayıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, kontraktın ümumi dəyəri 235 mln. dollar təşkil edir.

Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi “hava-yer” sinfinə aid JASSM-ER qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.

Yeniçağ.Az