Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını “persona non-qrata” elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.
“Səfirə (Rusiyanın Polşadakı səfirinə-red) Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verildi”, – deyə məlumatda deyilib.
Polşa Xarici İşlər Nazirliyinin iddiasına görə, belə qərarın qəbul olunmasına səbəb diplomatik statusun həmin şəxslər tərəfindən pozulması olub.