Polşa Rusiyaya xəbərdarlıq etdi

Polşa Rusiyanın Kalininqrad vilayətində hipersəs raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinin aktivləşdirilməsinə qədər adekvat cavab verməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.

“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”- deyə, o qeyd edib./Unikal/