Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin gəlişi ilə əlaqədar Polşa – Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.
Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, Saakaşvili qatarla Polşadan Ukraynaya daxil olmaq istəyir. O, daha öncə bu gün – sentyabrın 10-da “Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcəyini bəyan etmişdi. Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir. Saakaşvilinin minlərlə tərəfdarı sərhəd keçid məntrəqəsində toplaşıb.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib.