Polşada prezident seçkiləri keçirilir

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

Yenicag.az xəbər verir ki, seçki məntəqələr yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00-da) açılıb və yerli vaxtla saat 21:00-da bağlanacaq

“Exit poll”un ilk məlumatları yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00-da) – məntəqələrin bağlanmasından sonra elan ediləcək.

Seçkilərin ikinci turunda Polşanın hazırkı prezidenti, “Hüquq və ədalət” hakim partiyasından namizəd Andjey Duda, müxalifət birliyindən “Vətəndaş koalisiyası” nın namizədi Rafal Tşaskovski rəqabət aparırlar.