Polşada prezident seçkiləri keçirilir

Polşada prezident seçkilərində səsvermələr başlayıb.

Yenicag.az xəbər verir ki, yerli vaxtla səhər saat 7-də seçki məntəqələri seçicilərin üzünə açılıb.

Səsvermə 27 230 məntəqədə keçirilir və yerli vaxtla saat 21:00-dək davam edəcək. Yalnız seçki məntəqələrinin bağlanmasından sonra “exit poll”un ilk məlumatları elan ediləcək.

Prezident seçkilərində hazırkı dövlət başçısı Andjey Duda da daxil olmaqla 11 namizəd iştirak edir. Səsvermədə 30 milyondan artıq Polşa vətəndaşının iştirak etmə hüququ var.