Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşada yaşayan azərbaycanlılara ödənişsiz şəkildə hüquqi yardım göstəriləcək.
Yenicag.az xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası və hüquqşünas Andriy Dementiy arasında bununla bağlı müvafiq razılaşma əldə olunub.
Razılaşmaya əsasən soydaşlarımız hər ay, ayda 3-4 dəfə olmaqla Varşava Azərbaycan Evində istər mülki, istərsə də kriminal məsələlər üzrə ödənişsiz şəkildə konsultasiyadan yararlana biləcəklər.
Qeyd edək ki, Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımız üçün mütəmadi olaraq şəxsi inkişaf, karyera planlaması, maliyyə, psixologiya və digər sahələr üzrə təlimlər, layihələr həyata keçirilir.