Polşa 2033-cü ilədək bir neçə atom elektrik stansiyası (AES) tikməyi planlaşdırır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə ilk stansiya Qdansk şəhərindən şimal-qərbdə yerləşən Jarnovets və ya Kopalinoda istismara verilə bilər.
Qeyd edilib ki, layihələr hələ əvvəlki hökumətin vaxtında hazırlanıb. Lakin maliyyə səbəbindən müvəqqəti təxirə salınıb. Polşa hökuməti müvafiq planı tam olaraq təsdiqləməyib.
Fəallar nüvə enerjisi ilə bağlı riskləri əsas gətirərək AES inşasına qarşı çıxır. Yerli məmurlar isə atom elektrik stansiyalarının turizmə təsiri ilə bağlı marahatlıqlarını bildirib.