Polşanın Azərbaycana yeni səfiri təyin olundu

Polşanın Azərbaycana yeni səfiri təyin olunub.

Yenicag.az-ın məlumatına görə, Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da yeni səfiri postuna təsdiqləyib.

Rafal Poborski bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

Qeyd edək ki, Rafal Poborski əvvəllər Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamenti rəhbərin müavini, habelə digər vəzifələrdə çalışıb.