Polşanın baş naziri Donald Tusk şərq sərhədi boyunca hərbi istehkamların tikintisini yoxlamaq üçün Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə gedib və bunu “sülhə sərmayə” adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
“Polşa sərhədi nə qədər yaxşı qorunursa, pis niyyəti olanların oraya daxil olması bir o qədər çətindir”, – deyə Tusk Dabrowka kəndi yaxınlığında keçirilən mətbuat konfransında beton tank əleyhinə maneələrin qarşısında dayanaraq bildirib.