Polşanın baş naziri Beata Şidlo Osventsime şəhərində yol qəzasına düşüb.
Bu barədə Yeniçağ.Az rusiya mediyasına istinadən xəbər verir.
“Rzecz Pospolita” qəzeti yazır ki, ikinci dərəcəli yol ilə hərəkətdə olan avtomobil hökumət kortejində olan avtomobillərin birinə çırpılıb. Baş nazirin içərisində olduğu digər avtomobil isə yol kənarına yuvarlanıb.
Məlumata görə, Beata Şidlo xəstəxanaya yerləşdirilib.
Baş nazirin ciddi xəsarət almadığı və həyatına təhlükə olmadığı bildirilib.
Qeyd edək ki, Beata Şidlo 1963-cü ildə Osvensim şəhərində doğulub. Krakovdakı Yaqellon Universitetini etnoqrafiya ixtisası üzrə bitirib, daha sonra fəlsəfə, tarix, mədəniyyət meneceri, ərazi idarəetmə üzrə aspirantura təhsilləri alıb. 2005-ci ildən Hüquq və Ədalət Partiyasının üzvüdür, sədrin müavinidir. 2015-ci il noyabrın 13-də Şidlo baş nazir postuna təyin edilib.
Yeniçağ.Az